Roza Zərgərli bu filimdə rol alacaq

Roza Zərgərli bu filimdə rol alacaq
19:59 28 Yanvar 2015
2318 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Roza Zərgərli Şahin Zəkizadənin rejissoru olduğu komediya janrında lentə alınmış “100 kağız” adlı filmdə baş rollardan birində çəkilir. Bu barədə Lent.az filmin rejissoru məlumat verib: “Filmin əsas süjet xətti yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən-ələ keçərək sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır: həkim, yol polisi, müğənni, falçı, molla və başqaları. Ekran işində həmçinin, xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, aktyorlar Bəhram Bağırzadə, Azər Axşam və digərləri çəkiliblər”.

 

Qeyd edək ki, filmin əsas çəkilişləri fevralın 1-də başlayacaq. Martın 15-də isə Nizami Kino Mərkəzində təqdimetmə mərasimi keçiriləcək.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR