Kəmaləddin Heydərov İranın iqtisadi məsələlər və maliyyə nazirini qəbul edib

Kəmaləddin Heydərov İranın iqtisadi məsələlər və maliyyə nazirini  qəbul edib
20:32 28 Yanvar 2015
254 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 20:28 ]

Bakı – APA. Yanvarın 28-də Azərbaycan Respublikası fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, qonaqları səmimi salamlayan  Kəmaləddin Heydərov bildirib ki, iki ölkə prezidentlərinin səyləri nəticəsində intensiv inkişaf edən ikitərəfli əlaqələr yeni vüsət alıb. O, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, həmçinin, ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında qonaqlara ətraflı məlumat verib.

 

İranlı nazir səmimi qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından bəhs edib. O, iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370730

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR