Azərbaycanda bazarlarda nəzarət gücləndirilib - AÇIQLAMA

Azərbaycanda bazarlarda nəzarət gücləndirilib - AÇIQLAMA
14:49 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Süni qiymət artımının qarşısı alınacaq

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bayramqabağı bazarlarda süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərini gücləndirib.

 

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.

 

Onun sözlərinə görə, nazirlik bazarlarda bayramqabağı kənd təsərrüfatı məhsullarında süni qiymət artımının və bahalaşmanın olmaması üçün stimullaşdırıcı tədbirlər görür və bazarlarda bolluq yaratmağa çalışır: “Süni qiymət artımının qarşısını almaq məqsədilə hazırda müavinlərim və nazirlik əməkdaşları Xətai yarmarkasındadır. 30 nəfərdən artıq əməkdaşımız digər yarmarkalardadır. Bizim məqsədimiz bazarda stimullaşdırıcı tədbirlər görərək bolluq yaratmaqdır”.

 

Nazir əmin edib ki, bazarlarda qiymət artımı və məhsul qıtlığı ilə hər hansı təhlükəli meyl gözlənilmir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188909

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR