x
Loading...

Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Gürcüstan hissəsinin təqdimatı keçirilib

21:12 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

[ 28 Yanvar 2015 21:06 ]

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Türkiyə ilə sərhəddə BakıTiflis-Qars dəmiryolu layihəsi çərçivəsində tikilən Kartsaxi stansiyasına səfər ediblər.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki nazir dəmir yolu xəttində tikintinin vəziyyəti ilə tanış olublar, sonra Kartsaxidə sınaq qatarının xəttə buraxılışının açılışı həyata keçirilib. Gürcüstan iqtisadiyyat və davamlı inkişaf nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlər BTQ dəmir yolu xəttinin 2015-ci ildə istismara veriləcəyini vurğulayıblar. Georgi Kvirikaşvili çıxışında dəmir yolunun Gürcüstan hissəsinin 180 kilometr sahəsinin başa çatdığını bildirib. Nazir layihə iştirakçılarına iqlim dəyişikliklərinə baxmayaraq bütün işləri keyfiyyətlə gördükləri üçün təşəkkür edib və əmin edib ki, dəmir yolu layihəsi ilin sonunadək istismara veriləcək.  "Əməkdaşlarımız  layihəni təhvil vermək üçün qış aylarında da yerli tərəfdaşlarımızla birgə çalışacaqlar," deyə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov çıxışında bildirib.

 

Qeyd edək ki, Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin təməli 2007-ci il noyabrın 7-də Marabda kəndində qoyulub. Hazırda Gürcüstan ərazisində dəmir yol hissəsinin inşası başa çatdırılıb. BTQ layihəsinin Gürcüstan ərazisindəki dəmir yolunun ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bu xəttin 183 kilometri əsas yol hesab olunur. BTQ dəmir yolu layihəsinin Türkiyə ərazisindəki xəttinin uzunluğu 74 kilometrdir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR