Bakı, 28 yanvar, AzərTAc
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Aktau şəhərinin (Qazaxıstan) Mangistau vilayət filarmoniyası orkestrinin konserti olub.
AzərTAc xəbər verir ki, Manqistau vilayət filarmoniyasının yubileyinə həsr edilmiş qastrolları Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, habelə Mangistau vilayət icra hakimiyyətinin dəstəyi ilə keçirilir.
60 musiqinin daxil olduğu orkestrin konsertində Qazax xalq musiqisi, Azərbaycan və Qazax bəstəkarlarının, habelə dünya klassiklərinin əsərləri səslənib.
Konsertin təşkilatçıları əmin olduqlarını bildiriblər ki, bu cür tədbirlər iki ölkə arasında mədəni əlaqələrin inkişafına, qardaş xalqların incəsənətinin təbliğinə və populyarlaşdırılmasına şərait yaradır.