x
Loading...
.

Azərbaycan ilə Makedoniya arasında əməkdaşlığın inkişafı üçün lazımi təşəbbüslər göstərilir

22:03 28 Yanvar 2015
65 Ölkə
Ölkə mətbuatı
A- A+
.


İstanbul, 28 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov Makedoniya Prezidenti Gyorge İvanovun dəvəti ilə yanvarın 22-dən 27-dək bu ölkədə səfərdə olub.
Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, Makedoniya Prezidenti tərəfindən bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil olunmuş rəsmi qəbula qatılan səfir F.Bağırov Prezident Gyorge İvanov ilə görüşüb. Görüşdə səfir F.Bağırov Prezident İlham Əliyevin salamlarını və ən xoş arzularını Makedoniyanın dövlət başçısına çatdırıb. Azərbaycan ilə Makedoniya arasında mövcud olan dostluq münasibətlərinin daha da gücləndirilməsinin vacibliyini qeyd edən səfir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün lazımi təşəbbüslərin göstərildiyini qeyd edib.
Prezident Gyorge İvanov Azərbaycan ilə Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitərəfli əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın rifahına xidmət etməsini arzulayaraq, onun da səmimi salamlarının Prezident İlham Əliyevə və Azərbaycan xalqına çatdırılmasını səfirdən xahiş edib.
Səfər çərçivəsində Makedoniya Prezidenti kabinetinin xarici məsələlər üzrə dövlət müşaviri Darko Kostadinovski ilə də görüş keçirilib. Görüşdə Makedoniya Prezidentinin cari ilin aprelində Bakıya nəzərdə tutulmuş səfəri, eləcə də qarşılıqlı ali səviyyəli səfərlərin reallaşdırılması imkanları müzakirə olunub.
Daha sonra Azərbaycan səfiri Makedoniya Xarici İşlər Nazirliyinin qeyri-Avropa ölkələri ilə ikitərəfli əlaqələr idarəsinin rəisi Osvit Rosokliya və həmin nazirliyin diplomatik protokol idarəsinin rəis müavini Hriste Koteski ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərə dair hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, sərmayələrin cəlb olunması, yüksək səviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərinin təşkili, mədəniyyət sahəsində mübadilə, parlamentlərarası əməkdaşlıq, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Səfir F.Bağırov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında ətraflı məlumat verib, münaqişə barədə materialları qarşı tərəfə təqdim edib.
Səfər çərçivəsində Makedoniyanın iqtisadiyyat naziri Bekim Neziri ilə keçirilən görüşdə makedoniyalı nazir ölkəsində xarici sərmayələrin cəlb edilməsi və bu sərmayələrin qorunması üçün böyük imkanlar olduğunu, Makedoniyanın xarici sərmayələr üçün böyük fürsətlər yarada biləcəyini səfirin diqqətinə çatdırıb. Nazir qeyd edib ki, Makedoniya Azərbaycanla iqtisadi sahədə, xüsusilə enerji sektorunda əməkdaşlığa böyük maraq göstərir.
Səfir F.Bağırov öz növbəsində Azərbaycanın müxtəlif sahələrdə sürətli inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycan ilə Makedoniya arasında iqtisadi əməkdaşlığın, o cümlədən qeyri-neft sektorunda işbirliyinin gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Makedoniya_arasinda_emekdasligin_inkisafi_uchun_lazimi_tesebbusler_gosterilir-828202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR