Ukraynada separatçılar Minsk razılaşmasından imtina etdiklərini bildirib

22:17 28 Yanvar 2015
273 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 22:13 ]

Bakı-APA. Qondarma Donetsk xalq respublikası Minsk razılaşmasından imtina etdiyini bildirilib.

APA-nın “Gazeta.ru”-ya istindən verdiyi xəbərə görə, bu barədə “DXR” özünümüdafiə qərargahının rəsmisi Eduard Basurin deyib

 

“Minskdə imzalanan sazişlər artıq qüvvədən düşüb. Buna baxmayaraq, biz danışıqları davam etdirməyə hazırıq”, deyə E.Basurin bildirib.

 

Bundan əvvəl, “DXR” parlamentinin vitse-spikeri Denis Puşilin bəyan etmişdi ki, rəsmi Kiyevin qondarma Donetsk və Luqansk xalq respublikalarının terror təşkilatı kimi tanınması ilə bağlı təşəbbüsü Minsk razılaşmalarının pozulmasına yönəlib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR