LG yeni smartfon göstərdi

LG yeni smartfon göstərdi
22:52 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

LG Electronics korporasiyası qatlanan formada Ice Cream Smart yeni smartfon təqdim edib.
Qurğu 1.2 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 400 prosessoru və 480x320 təsvir ölçülü 3,5 düymlük ekranla təchiz edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, əsas kamera 8 meqapiksellik təsvir ötürücüsü, ön kamera isə 0,3 meqapiksellik fotomodulla təchiz edilib. Əməli yaddaşın həcmi və daxili yaddaş müvafiq olaraq 1 və 8 QB təşkil edir.
 
Telefon Bluetooth 4.0, Wi-Fi və LTE simsiz kommunikasiya rabitəsini dəstəkləyir, həmçinin DMB-TV televiziya qəbuledicisinə malikdir.
 
Qurğunun ölçüləri 118,6×59,4×16,9 mm, çəkisi 138 qr-dır. Akkumulyator batareyasının tutumu 1700 milliamper/saatdır. Aparata Android 4.4 KitKat əməliyyat sistemi quraşdırılıb.
 
LG Ice Cream Smart smartfonu iki rəngdə (çəhrayı və mavi) əlçatan olacaq. Qiyməti təxminən 280 dollar olacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/321449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR