"Kukla"ya oxşamaq üçün 208 min manat xərcləyən adam

"Kukla"ya oxşamaq üçün 208 min manat xərcləyən adam
23:04 28 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

30 yaşlı adam gəlinciyə bənzəmək üçün 175 min sterlinq (208 min manatdan çox) pul xərcləyib.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Rodriqo Alves "Barbie" gəlinciyinin dostu "Ken"ə oxşamaq istəyir. Braziliyalı Rodriqo Alves 20 yaşından etibarən 30 dəfə cərrahiyyə əməliyyatı və müxtəlif kosmetik prosedurlar keçirib. Hal-hazırda 31 yaşı olan Alves ilk əməliyyatını 2004-cü ildə etdirib. Londonda yaşayan Ridriqo təkcə qulaqlarına və burnuna 50 min sterlinq (60 min manata yaxın) pul xərcləyib.

 

Rodriqo Alvesi iflic olması belə durdura bilməyib. Belə ki, o, daha əzələli görünmək üçün qollarına xüsusi gel vurdurub. Gelin bədənə yeridilməsi nəticəsində onun vücuduna infeksiya keçib.  "Səhəri gün hər iki qolum tamamilə iflic olmuşdu, əl-üzümü belə yuya bilmirdim. İş o yerə çatmışdı ki, həkimlər mənim qollarımı kəsmək istədilər. Onlar deyirdilər ki, əgər infeksiya ürəyə çatsa, mən öləcəm. Lakin 3 həftə sonra mən ailəmin və dostlarımın köməy ilə sağaldım", - deyə Alves müsahibəsində bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR