Sumqayıtda küçəyə paltar asmaq qadağan olunur

Sumqayıtda küçəyə paltar asmaq qadağan olunur
23:14 28 Yanvar 2015
511 Sosial
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində bundan sonra sakinlər paltarı qurutmaq üçün istədiyi yerdən asa bilməyəcəklər. 

 
Lent.az-ın "xəzərxəbər"ə istinadən verdiyi məlumata görə, bunun üçün şəhər icra hakimiyyətində tədbirlər planı hazırlanıb. Artıq şəhər sakinlərinə də xəbərdarlıq edilib.

Binaların qarşısındakı səkilərdə piyada gedərkən insanların başına su damcılayır.

Qurutmaq üçün necə gəldi asılmış paltarlar şəhərin görüntüsünə ziyan vurmaqla yanaşı, həm də narahatlıq doğurur.

Görüntülər Sumqayıtdandır. Çoxmərtəbəli binaların bəzi sakinləri yuyulan paltarları qurutmaq üçün eyvandan həyətdə, ya da küçənin ortasındakı dirəklərə uzadılan iplərə asır. Sakinlər başqa çarələrinin olmadığını deyərək özlərini müdafiə edir.

İlkin mərhələdə binaların küçəyə tərəf hissəsində paltar sərilməsi qadağan ediləcək. Bu iş mənzil istismar sahələrinə tapşırılıb.Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR