Ukrayna ordusu mühasirədə

Ukrayna ordusu mühasirədə
23:36 28 Yanvar 2015
346 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqində rusiyameyilli separatçılar əsas məntəqələrdən birini ələ keçiriblər.

ANS PRESS=in məlumatına görə, bu barədə qondarma Donetsk Xalq respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.

Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debalçevo məntəqəsində nəzarəti ələ alıblar.

Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər.

"Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debalçevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər", deyə Basurin bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR