Ermənilərdən acı etiraf

Ermənilərdən acı etiraf
15:16 27 Dekabr 2014
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan tərəfi cəbhədə diversiya törətməsi ilə bağlı xəbər yayıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağın separçı rejimi Arsen Eduardoviç Baqdasaryan adlı hərbçinin həqiqətən də müqavilə əsasında hərbi hissələrdən birində xidmət etdiyini təsdiqləyiblər. Ancaq qarşı tərəf guya muzdlunun nizam-intizam qaydalarını pozduğu üçün vəzifəsindən müvəqqəti azad edildiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı məlumatda düşmənin kəşfiyyat-təxribat qrupunun üzvünün ələ keçirildiyini bildirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 26 dekabr axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib.

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=316656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR