Rusiyanın AŞPA-dakı nümayəndə heyəti bütün il boyu qurumun işini boykot etdiyi açıqlayıb

Rusiyanın AŞPA-dakı nümayəndə heyəti bütün il boyu qurumun işini boykot etdiyi açıqlayıb
23:42 28 Yanvar 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 23:39 ]


Strasburq. Fuad Qulubəyli-APA. “Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir”.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puskov deyib.

 

O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu: “Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”.

 

V. Puskov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370738

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR