Sabirabadın iki kəndinə təbii qaz verilib

15:17 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 15:15 ]

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayonunun Suqovuşan və Məmişlər kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər.

 

Suqovuşan (496 abonent) və Məmişlər (419 abonent) kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu Suqovuşan kəndində 36 345 metr, Məmişlər kəndində 3077 metr polietilen, ümumi uzunluğu isə 55 700 metr polad borularla müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Ümumilikdə hər iki kənddə 915 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR