Azərbaycanda 4 rayonda quraqlıq zamanı zərər çəkən fermerlərin dövlətdən aldığı toxuma görə yaranan borcu silinəcək

15:17 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 15:06 ]

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda keçən il baş verən quraqlıq zamanı zərər çəkən fermerlərin dövlətdən aldığı toxuma görə yaranan borcu silinəcək.

 

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

 

Onun sözlərinə görə, ötən il ölkədə ciddi quraqlıq olub və 4 rayon bundan zərər görüb: “Qobustan rayonunda demək olar ki, taxıl və toxum məhsulları olmayıb. Kombaynlar heç sahələrə belə çıxmayıb. Şamaxı, Şəkidə də əhali quraqlıq səbəbi ilə zərər görüb. Qəbələdə isə bəzi sahələri dolu vurub və il ciddi zərərlə başa çatıb”.

 

Nazir bildirib ki, sığorta mexanizmi işləmədiyindən əhaliyə kompensasiya verilməyib: “Burada əkin problemi yaranmışdı. Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq müfəttişliyi və müvafiq aiddiyatı qurumlar vasitəsilə tədbirlər görülüb. Həmin sahələrə xarici ölkələrdən toxumlar gətirilib və fermerlərə paylanılıb. Həmin adı sadalanan rayonlarda zərər görmüş, zərərin nəticəsini müvafiq aktlarla rəsmiləşdirilmiş və nazirliklə razılaşdırılaraq toxum borca götürmüş müəssisələrin borcları bu günlərdə silinəcək”.

 

Nazir əlavə edib ki, burada təxminən 3 mln. manata yaxın vəsaitdən söhbət gedir. Onun sözlərinə görə, 4 rayonda zərərçəkənlər borcunu qaytarmayacaqlar: “Dövlət bu borcu öz üzərinə götürür və yəqin ki, bu günlərdə ehtiyat fondundan vəsait ayrılaraq həmin borcların silinməsi həyata keçiriləcək. Bu, digər toxum alanlara aid deyil”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR