İsrail əsgərləri öldürüldü

İsrail əsgərləri öldürüldü
00:51 29 Yanvar 2015
344 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail Livan sərhəddindəki mübahisəli ərazidə törədilən hücum nəticəsində 2 əsgərinin öldürüldüyünü bəyan edib.

ANS PRESS-in məlumatına görə, İsrail Müdafiə Nazirliyinin açıqlamasına o da bildirlir ki, daha bir neçə əsgərin yaralanıb.

Bu hücuma görə Hizbullah təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

İsrail ordusu buna cavab olaraq yanvarın 28-də Livanın cənubuna onlarla mərmi atıb. Həmçinin BMT-nin Cənubi Livandakı sülhməramlı əsgərlərindən biri həlak olub.

İnsident İsrailin Suriya ərazisinə hava zərbələri endirməsindən bir neçə saat sonra baş verib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR