Uşağı olmur deyə özünü yandırdı deyilirdi, səbəb isə başqadır (TƏFƏRRÜAT)

Uşağı olmur deyə özünü yandırdı deyilirdi, səbəb isə başqadır (TƏFƏRRÜAT)
01:01 29 Yanvar 2015
269 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan 36 yaşlı İlham Məmmədov ağır yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanası gətirilib.

Bəzi mətbuat orqanlarında yer alan xəbərlərə görə, İ.Məmmədov uzun müddət övlad sahibi olmadığı üçün özünü yandırıb.

Virtualaz.org saytı İ.Məmmədovun yanmasının təfərrüatlarını əldə edib. Hazırda 5 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində olan İ.Məmmədovun bacısı və anası hadisənin səbəbini açıqlayıb.

Onlar müxbirimizə bildiriblər ki, hadisə ehtiyarsızlıqdan baş verib. Hadisə mətbuatda yazıldığı kimi deyil.

“İki gündür işıqlarımız borcumuz olduğuna görə kəsilib. Evdə neft lampası yandırırıq. Oğlum evdə tək olub. İlham lampanı stolun üstündən götürüb daha hündür bir yerə qoymaq istəyib. Lampanın ağzını yaxşı bağlamayıb. Yanan lampa üstünə aşıb. Sonra da alışıb. Tək olub deyə söndürən olmayıb. Bir az da içkili olub. Yoldaşı da indi yanındadır. Xahiş edirik, olmayan şeyləri yazmayın” - deyə yanan İ.Məmmədovun anası dedi.

Qeyd edək ki, İ.Məmmədovun bədəninin 65 faizi yanıb. Nizami Rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır. İ.Məmmədovun vəziyyəti ağır olduğundan onu dindirmək mümkün olmayıb.

Yada salaq ki, dünən yayılan xəbərlərə görə, Bakıda ötən gün ata olmaq arzusu cavan bir kişini yandırıb. Bildirilirdi ki, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan 36 yaşlı İlham Məmmədov uzun müddət övladının olmamasına görə özünə qəsd edib. O, yaşadığı evin həyətində üzərinə ağ neft tökərək yandırıb. Çətinliklə söndürülən İ.Məmmədov xəstəxanaya çatdırılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR