Play Store

Kanada parlamentinin üzvü 20 Yanvarla bağlı bəyanatla çıxış edib

Kanada parlamentinin üzvü 20 Yanvarla bağlı bəyanatla çıxış edib
01:32 29 Yanvar 2015
228 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 01:28 ]

Bakı – APA. Qış fasiləsindən sonra bu həftə fəaliyyətini bərpa edən Kanada Parlamenti İcmalar Palatasının 27 yanvar tarixli iclası zamanı Kanada parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) “Azərbaycanda Qanlı Yanvar Faciəsi” adlı bəyanatla çıxış edib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir: “ Keçən həftə Azərbaycan xalqı “soyuq müharibə”nin sonunda baş vermiş qorxunc faciənin 25-ci ildönümünü yad edib. 1990-cı il yanvarın 19-da Bakıda Azərbaycanın müstəqilliyini tələb edən dinc nümayişlərə cavab olaraq, Sovet rəhbərləri həmin toplantıları qəddarcasına dağıtmaq üçün şəhərə tank və qoşunlar yeridib. Nəticədə 130 mülki şəxs qətlə yetirilmiş və 700-dən çox adam yaralanmışdı.

 

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi iki dəfə Şəhidlər Xiyabanında həlak olanların xatirəsinə ucaldılmış memorialın önünə əklil qoymuş və 20 yanvar hadisələrinin şahidi olan azərbaycanlı dostlarımın söylədiklərini dinləmişəm.  Bu ay kanadalılar azərbaycanlılara qoşularaq həlak olanları yad edir və verilən qurbanların nəticə etibarilə Sovet İttifaqı və “soyuq müharibə”nin sonunu sürətləndirdiyini qəbul edirlər. Allah onlara rəhmət eləsin!” 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR