Kanada parlamentinin üzvü 20 Yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib

Kanada parlamentinin üzvü 20 Yanvar faciəsi ilə bağlı bəyanatla çıxış edib
02:08 29 Yanvar 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Kanada parlamenti İcmalar Palatasının iclasında deputat, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolin “Azərbaycanda Qanlı Yanvar faciəsi” adlı bəyanatla çıxış edib.
Bu barədə Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a məlumat verilib.
Bəyanatda deyilir ki, keçən həftə Azərbaycan xalqı soyuq müharibənin sonunda baş vermiş dəhşətli faciənin 25-ci ildönümünü qeyd etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet rəhbərliyi Bakıda Azərbaycanın müstəqilliyinin tələb edildiyi dinc nümayişləri qəddarcasına dağıtmaq üçün şəhərə qoşun yeritdi. Nəticədə 140-dan artıq mülki şəxs qətlə yetirildi, 700-dən çox insan yaralandı. Həmin vaxt Human Rights Watch təşkilatı bildirmişdi ki, sovet ordusu tərəfindən istifadə olunan zorakılıq azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib deyildi, bu, kütləvi cəzalandırmanın tətbiqi idi.
Barri Devolin Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi iki dəfə Şəhidlər xiyabanında həlak olanların xatirəsinə ucaldılmış memorialın önünə əklil qoyduğunu, 20 Yanvar hadisələrinin şahidi olmuş azərbaycanlı dostlarının söylədiklərini dinlədiyini bildirib.
Bəyanatda diqqətə çatdırılır ki, bu ay kanadalılar azərbaycanlılara qoşularaq 20 Yanvarda həlak olanların xatirəsini anır və həmin gün verilən qurbanların nəticə etibarilə Sovet İttifaqının və soyuq müharibənin sonunu sürətləndirdiyini qəbul edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kanada_parlamentinin_uzvu_20_Yanvar_faciesi_ile_bagli_beyanatla_chixis_edib-828218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR