Azərbaycanda ilk dəfə olaraq logistik baza istifadəyə verilib

15:42 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 15:40 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda ilk dəfə olaraq logistik baza istifadəyə verilib.

 

APA-Economics”in məlumatına görə, logistik bazanın açılışında iştirak edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib ki, “Meyvəli” logistik bazasında müxtəlif ixtisaslaşma aparılmaqla həm kiçik pərakəndə, həm topdansatış, həm də kiçik topdansatış bazaları yaradılmaqla əhalinin bu ya digər kənd təsərrüfatı məhsullarına, eləcə də ərzaq məhsullarına olan tələbatının ödənilməsi məqsədilə əvvəlcədən qurulmuş bir bazanın fəaliyyəti genişləndirilərək yaradılıb.

 

H.Əsədov deyib ki, “Meyvəli” logistik bazasının əhəmiyyəti olduqca böyükdür: “Burada əsas məqsəd kənd təsərrüfatı istehsalçıları tərəfindən istehsal olunmuş məhsulların istər topdan, istərsə də pərakəndə satışının, saxlanılmasını və ixracının təşkilinə köməklik göstərməkdir”.

 

Logistik bazanın 4 hektardan artıq ərazisinin olduğunu vurğulayan nazir qeyd edib ki, gələcəkdə bu sahənin inkişafı nəzərdə tutulub: “Gələcəkdə burada ərzaq, balıq məhsullarının və gül təsərrüfatı məhsullarının yaradılması nəzərdə tutulub".

 

Nazir bildirib ki, bu gün Bakı şəhərinin tələbatının böyük bir hissəsi bu bazadan qaynaqlanır: “Bu baza təkcə əhalinin ərzaq məhsullarına ola tələbatını ödəməklə deyil, eyni zamanda dövlətlə əməkdaşlıq edərək bazara dövlətin tənzimləmə nəzarət funksiyasını həyata keçirməyə imkan verəcək. Çünki burada bolluq yaratmaqla, Kənd Təsərrüfatı Nazirliyi logistik baza ilə əməkdaşlıq edərək bazara istənilən vaxt müdaxilə edə biləcək. Bu baza vasitəsilə məhsulların qiymət meyllərini analiz və təhlil edərək, yaranmış tendensiyanı qiymətləndirərək nazirlik baza vasitəsilə bazara məhsul çıxara biləcək. Bu baza bir növ dövlətin tənzimlənmə funksiyasının yerinə yetirilməsində geniş istifadə olunacaq”.

 

Nazir qeyd edib ki, yeni yaradılan logistik baza yerli fermerlərin öz məhsullarını rahat satması üçün çox əhəmiyyətli olacaq: “Burada fermerlər öz məhsullarını anbarlarda yerləşdirə biləcək. İstənilən fermer buranın imkanlarından yararlana bilər”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR