x
Loading...
.

Elnur Hüseynovdan növbəti qələbə (VİDEO)

Elnur Hüseynovdan növbəti qələbə (VİDEO)
02:41 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

"O səs Türkiyə" müsabiqəsinin son buraxılışında növbəti duel çıxışları baş tutub.

ANS PRESS-in məlumatına görə, “O səs Türkiyə” yarışmasındakı ilk çıxışı ilə səs-küy yaradan müğənni Elnur Hüseynov “çarpaz duel” mərhələsində Hadisənin komandasından Sidenur və Mazhar-Özkan cütlüyünün komandasından Naciyə ilə mübarizə aparıb.

Ebru Gündeşin komandasında olan həmyerlimiz "Habanera" opera parçasını ifa edib.

“O Səs Türkiyə”də ilk çıxışında və duel mərhələsində münsiflərdən “Hə” cavabı alan Elnur bu dəfə auditoriyanın səsverməsinə əsasən də üçlükdə ən çox səs toplayaraq növbəti mərhələyə keçib.

Xatırladaq ki, E.Hüseynov bundan öncəki “birə bir” mərhələsində “Golden Eye” mahnısını ifa etmiş və qalib olmuşdu.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=322545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR