Kürd qaçqınlar Kobaniya niyə qayıtmır? (VİDEO)

Kürd qaçqınlar Kobaniya niyə qayıtmır? (VİDEO)
05:01 29 Yanvar 2015
347 Dünya
Ölkə mətbuatı
A- A+

Əsasən kürdlərin məskunlaşdığı Kobani şəhəri darmadağın olsa da, onlar bayram keçirir.

ANS PRESS-in məlumatına görə, Peşmərgə Kobanini azad etsə də, beynəlxalq müşahidəçilər şəhərin əldə olunması düşüncəsinə hələ son nöqtəni qoymayıblar.

Şəhərin kənarlarında hələ də yüzə yaxın silahlı var.

Kobanidə müharibə şəhəri xarabalığa çevirib. Bütöv yaşayış massivləri yerlə-yeksan olub. Şəhər və şəhər ətrafı yaşayış məskənlərindən yüz minlərlə qaçqın sərhəddi keçərək Türkiyədə sığınacaq tapıblar. Ümumilikdə Türkiyə 2 milyon qaçqın qəbul edib. Onlardan milyon yarımı sərhədkənarı çadır düşərgələrdə yerləşib. Bu insanlar şəhərlərinə qayıtmaq istəsələr də, Peşmərgə insanların təhlükəsizliyinə hələ ki, təminat vermir.

Türkiyə hakimiyyəti isə əmindir ki, artıq yay aylarına kiimi qaçqınlar evlərinə qayıda biləcək.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322556

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR