x
Loading...
.

Obama Avropanı sərt qənaət siyasətindən imtina etməyə çağırıb

Obama Avropanı sərt qənaət siyasətindən imtina etməyə çağırıb
05:32 29 Yanvar 2015
343 Dünya
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 05:26 ]

Bakı-APA. ABŞ prezidenti Barak Obama Yunanıstanın solçu “Siriza” partiyasının lideri Aleksis Tsiprası parlament seçkilərindəki qələbəsi münasibəti ilə təbrik edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Obama Avropanı sərt qənaət siyasətindən imtina etməyə çağırıb.

 

“Prezident Obama qeyd edib ki, ABŞ Yunanıstanın yeni hökuməti ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Tərəflər həmçinin Avropada təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər. Barak Obama bildirib ki, Avropa ABŞ-da olduğu  kimi sərt qənaət siyasətindən imtina edərək əsaslı inkişaf planı qəbul etməlidir”, Ağ Evin məlumatında deyilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR