x
Loading...

Ötən il Şəkidə 2 mindən artıq yeni iş yeri yaradılıb

Ötən il Şəkidə 2 mindən artıq yeni iş yeri yaradılıb
06:23 29 Yanvar 2015
297 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Şəki, 29 yanvar, AzərTAc
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 2014-cü ildə Şəki rayonunda 2090 yeni iş yeri açılıb. Yeni yaradılan iş yerlərinin hamısı daimidir.
Şəki Şəhər Statistika İdarəsindən AzərTAc-a verilən məlumata görə, iş yerlərinin 93-ü yeni yaradılan, 160-ı isə mövcud müəssisə və təşkilatların payına düşür. Bundan əlavə, 1837 iş yeri fiziki və hüquqi şəxslər tərəfindən yaradılıb.
Rəsmi statistikaya görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası nəticəsində 2003-cü ilin oktyabrından 2015-ci ilin yanvarınadək Şəkidə 14 mindən çox yeni iş yeri açılıb. Bu iş yerlərinin 97 faizi daimidir.
2014-cü ildə rayon üzrə orta aylıq əməkhaqqı 253 manat təşkil edib. Əvvəlki illə müqayisədə orta aylıq əməkhaqqının miqdarı 6 faiz artıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_Sekide_2_minden_artiq_yeni_is_yeri_yaradilib-828225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR