Play Store

Sloveniya Azərbaycanda səfirlik açacaq

Sloveniya Azərbaycanda səfirlik açacaq
09:03 29 Yanvar 2015
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

Sloveniya 2016-cı ilin ortalarında Bakıda səfirliyini açmağı planlaşdırır. Bu barədə Trend-ə Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankarada yerləşir) Milan Yazbeç deyib.

Diplomat ötən il Elnur Allahverdiyevin Sloveniyanın Azərbaycanda fəxri konsulu təyin edilməsini iki ölkə arasındakı münasibətlərdə böyük addım adlandırıb: "Növbəti mühüm addım Bakıda səfirliyin açılması olacaq. Biz bu məsələlər üzərində çalışırıq".

Onun sözlərinə görə, hər iki ölkə beynəlxalq məsələlərdə oxşar baxışlara malikdirlər: "Siyasi dialoq çox vacibdir. Lakin siyasi dialoqun daha bir hədəfi ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Biz hər bir siyasi səfərin həm də iqtisadi xarakter daşımasına çalışırıq. Əmtəə dövriyyəsinin son göstəricisi [Sloveniya ilə Azərbaycan arasında] 15 milyon dollar təşkil edir, lakin bu, azdır. Biz bu göstəricini artırmağa çalışırıq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2358002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR