Salyanda qəza: yaralılar var

Salyanda qəza: yaralılar var
16:11 27 Dekabr 2014
76 Digər
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə Ələt-Astara magistralının 15-ci kilometrliyində Salyanın Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Neftçala rayon sakini, 30 yaşlı Coşqun Həziyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Bakı isitqamətində hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə sürücü və yanındakı sərnişin Bakı şəhər sakini, 32 yaşlı Amil Orucov müxtəlif dərəcli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılblar.

Onlara ilk tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316655

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR