x
Loading...
.

Bu gün Azərbaycanın məşhur hakimi yad ediləcək

09:32 29 Yanvar 2015
392 İdman
Ölkə mətbuatı
A- A+
.

Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu təşkil olunacaq
Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 90 illik yubiley tədbirləri keçiriləcək.

Anspress-in məlumatına görə, saat 12:00-da AFFA rəsmiləri, veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər, ölkə futbol ictimaiyyətinin nümayəndələri, tədbirə dəvət olunmuş sabiq FIFA referiləri Miroslav Stupar (Ukrayna), Nikolay Levnikov (Rusiya) və Vadim Juk (Belarus) Tofiq Bəhramovun məzarını ziyarət edəcək.

Saat 14:00-da isə “Neftçi”nin veteranlardan ibarət komandası ilə hakimlərdən təşkil olunmuş komanda arasında Olimpiya Yığmalarının Təlim-Məşq Bazasında yoldaşlıq oyunu təşkil olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR