“Planet Parni iz Baku” KVN Teatrının aktyorları yeni tamaşaya hazırlaşırlar.
Axşam.az-ın məlumatına görə, “Hamı AvrOppalara” adlı konsert proqramı aprelin 25-i və 26-da Heydər Əliyev Sarayında baş tutacaq.
Teatrın aktyoru, əməkdar artist Tahir İmanov əməkdaşımızla söhbətində artıq tamaşanın məşqlərinə başladıqlarını bildirib.
Qeyd edək ki, tamaşada əməkdar artist Tahir İmanov, aktyorlar Cabir İmanov, Bəhram Bağırzadə, Emil Abbasov, Azər Məmmədzadə yer alacaqlar.
