İspaniya Kubokunda 1/4 finalın cavab oyunları mərhələsində üz-üzə gələn "Atletiko" "Barselona" qarşılaşmasında maraqlı məqamlar olub.Hakim oyunu dayandırıb və futbolçuya sarı kart göstərib
Anspress-in məlumatına görə, “Visente Kalderon” stadionunda katalonları qəbul edən madridlilərin oyunda bəxtləri gətirməyib.
Gərgin şəraitdə keçən matçın 47-ci dəqiqəsində “Atletiko”nun məşhur türk futbolçusu Arda Turan rəqibi ilə mübarizədən sonra oyunu dayandırmaq qərarı gözləsə də hakimin “davam” işarəsi verməsi onu özündən çıxarıb.
Əsəbləşən Arda Turan ayağından çıxardığı butsunu əlinə alaraq köməkçi hakimlərin olduğu tərəfə atıb. Atılan buts hakimi keçərək arxadakı təhlükəsizlik işçisinə dəyib, hakim isə onun bu hərəkətindən sonra oyunu dayandırıb və futbolçuya sarı kart göstərib.
Qeyd edək ki, matç 3:2 hesabı ilə “Barselona”nın xeyrinə başa çatıb.
"Atletiko" (Madrid) - "Barselona" - 2:3
Qol: Torres, 1 (1:0), Neymar, 9 (1:1), Qarsia, 30 (2:1), Miranda, 38-avtoqol, (2:2) Neymar, 41 (2:3)
Milli.Az