x
Loading...

İŞİD snayper alayı yaradır - FOTO

İŞİD snayper alayı yaradır - FOTO
10:12 29 Yanvar 2015
352 Dünya
Ölkə mətbuatı
A- A+
.

ABŞ-ın İraqda apardığı hərbi əməliyyatlar zamanı məşhurlaşan və iraqlıların "Səmarra şeytanı" adlandırdıqları Kris Kayldan bəhs edən "American Sniper" filmi nümayişə başlanandan sonra İŞİD adekvat "cavab" axtarırdı.
 
Dünya mediasında və sosial şəbəkələrdə aktiv müzakirə edilən "American Sniper" filminə terrorçular artıq cavab veriblər.
İŞİD "Snayperlər alayı" formalaşdırmağa başlayıb və bu alaydakı ilk snayperlərin fotolarını yayıb.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, alay "Cuba snayperləri" adlanır.
"Cuba snayperi" İraqın paytaxtı Bağdadda 40 amerikalı hərbçini öldürməsi ilə tanınır.
 
Həmin snayperlər İraqın Nineviya əyalətində hazırlıq keçirlər.
 
İŞİD-in snayperləri Suriya və İraqda vuruşurlar. Onların hədəfləri kürd yaraqlılarla iraqlı hərbçilərdir.
 
Milli.Az
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR