Martda 9 gün iş olmayacaq

Martda 9 gün iş olmayacaq
10:21 29 Yanvar 2015
269 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Novruz bayramı vaxtı 7 gün iş olmayacaq

Bu ilin martındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək.

Bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25724

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR