Bakı restoranlarında şok hesablar - FOTO

Bakı restoranlarında şok hesablar - FOTO
10:42 29 Yanvar 2015
460 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən əsrin rus proletar yazıçısı, dünya ədəbiyyatının dahilərindən sayılan Maksim Qorki Bakıda olarkən şəhərimizi Neapola bənzətmişdi.
 
Ondan əvvəl Bakıda olan avropalı səyyahlar isə Azərbaycanın paytaxtını "neft və milyonlar səltənəti" adlandırmışdılar.
Bakı elə indi də cazibədardır. Memarlığı, gözəlliyi ilə.
 
Amma şəhərdəki restoranlar arasında dəbdəbəli məkanlar sayılanlardakı qiymətlər barədə bu sözləri demək çətindir.
 
Milli.Az Bakıda iki restorandakı şam yeməyindən sonra müştərilərə verilən hesab kağızlarının fotolarını təqdim edir.
 
Hesab kağızlarından birində ödəniləcək məbləğ 919 manat, o birində isə 2010 manat 20 qəpikdir.
 
Həmin restoranlar çox bahadır? Ola bilər. Hər halda "varlığa nə darlıq" demişlər.
 
Maraqlı olan bu restoranlarda həmin astronomik hesab ödəyən şəxslərin "jest"ləridir.
 
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR