Bakıda ev uçdu (VİDEO)

Bakıda ev uçdu (VİDEO)
10:46 29 Yanvar 2015
199 Digər
Ölkə mətbuatı
A- A+

Zığ qəsəbəsində ev uçdu.

ANS TV-nin məlumatına görə, Xatirə nənənin evinin, öz dili ilə desək, başına uçmasıdır. Dağılmış divarlar, iri çatlar, döşəməsi olmayan otaqlar evə daxil olan hər kəsi vahiməyə salır. Xatirə nənənin sözlərinə görə, sakit günlərdən birində evində oturan zaman gurultulu bir səs onları yerlərindən dik atılmağa məcbur edib.

“Yağışdan sonra bir də gördüm gurultulu qopdu. Bu an gəlin qışqırdı ki, ana ev başımıza uçdu. Dedim ki, tez uşaqları çölə çıxar. Elə bu xaxt evin bir hissəsi uçdu “ - deyə Xatirə Tarıverdiyeva bildirib.

Zığ qəsəbəsi Hətəm Allahverdiyev küçəsi, 154-də yaşayan xanım evinin qəzalı vəziyyətdə olmasına baxmayaraq burada yaşamaq məcburiyyətindədir. Çünki getməyə başqa yeri yoxdur. Bu vahiməyə bir təhər üstün gələn 9 nəfədən ibarət ailə hər səhərini qorxu içində açır.

“Üç il bundan öncə evdə çatlar var idi. Bununla bağlı icra və kənd sovetin də akt tərtib edətək bizə təqdim olunub. Həqiqətən də bu ev qəzalı vəziyyətdədir. Hazırda uşaqlarım köçərək kirayədə qalırdılar. Lakin kirayə haqqını ödəyə bilmədikləri üçün təkrar bura qayıtdılar” – deyə Xatirə Tarıverdiyeva vurğulayıb.

Qadın deyir ki, hər ay evlərinə bildiriş gəlir ki, bu ev qəzalıdır, buradan köçüb getmək lazımdır. Amma hara getmək? bax bu sual cavabsız qalır. İndi ailə bir təhər əşyalarını yığaraq evin küncünə yerləşib. Hər gün evin tam uçmaması üçün dua edir. Amma duaları bununla bitmir. Ailə ümid edir ki, onların düşdüyü bu bəlanın gözüləcəyi gün yaxın zamanda gəlib çıxacaq.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=322537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR