"Embawood" Avropanın ən əhəmiyyətli sərgisində iştirak edib ®

"Embawood" Avropanın ən əhəmiyyətli sərgisində iştirak edib ®
10:47 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 10:40 ]


Bakı - APA-Economics. Yanvarın 18-25-də Almaniyanın Köln şəhərində mebel sənayesində olan ən böyük “Koelnmesse” sərgisi keçirilib.

 

Milan sərgisi mebeldə daha çox trend, dizayn kimi istiqamətləri təyin edirsə - Kölndə olan sərgi Avropa mebel bazarında əhəmiyyətli kommersiya istiqamətli sərgidir.

 

Azərbaycanı sərgidə təmsil edən yeganə mebel brendi "Embawood" olub. Bütövlükdə sərgidə 1 600-dən artıq dünya brendləri də iştirak edib. "Embawood" məhsulları başda Almaniya olmaqla İspaniya, İtaliya, Fransa və Birləşmiş Ərəb Əmirliklərin dillerləri tərəfindən böyük rəğbət qazandı və nəticədə adı çəkilən ölkələrin dillerləri ilə ixrac müqavilələri bağlanıb.

 

Xatırlatmaq istərdik ki, şirkət 1996-cı ildə qurulub. Bazarda olduğu 19 il ərzində “Embawood” mağaza şəbəkəsi 10 ölkədən artıq, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərir. Əlavə olaraq Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR