x
Loading...

"Ronaldu yoxdur, əlimə yaxşı imkan düşüb"

"Ronaldu yoxdur, əlimə yaxşı imkan düşüb"
10:47 29 Yanvar 2015
418 İdman
Ölkə mətbuatı
A- A+
.

Madrid “Real”ında Kriştianu Ronaldunun kölgəsində qaldığı iddia edilən Qaret Beyl maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi portuqaliyalının cəzalandırılmasının onun xeyrinə olacağını qeyd edib.
  
Beyl bildirib ki, Ronaldunun yoxluğunda 2 matçda çoxlu qol vurmağa çalışacaq: “Qarşıdakı 2 oyunu Ronaldusuz keçirəcəyik. Əlimə yaxşı imkan düşüb. Ümid edirəm ki, bu, çoxlu qol vurmağım üçün yaxşı şans olacaq. Əldə etdiyim imkanlardan maksimum faydalanmağa çalışacam”.
  
Qeyd edək ki, Beyl La Liqanın cari mövsümündə 16 oyunda 10 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR