Dekabrın 27-dən yanvarın 5-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi muzey ekspozisiyalarına sərbəst giriş kampaniyası keçiriləcək.
APA-nın məlumatına görə, 10 gün müddətində paytaxt sakinləri və qonaqlar İçərişəhərdə yerləşən muzey ekspozisiyalarla ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.
Muzeylərə sərbəst giriş kampaniyası “BP-Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.