Azərbaycan və İran arasında investisiya sahəsində əməkdaşlığa dair memorandumun detalları açıqlanıb

Azərbaycan və İran arasında investisiya sahəsində əməkdaşlığa dair memorandumun detalları açıqlanıb
10:53 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycan və İran arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupun yaradılması haqqında ötən gün imzalanmış Anlaşma Memorandumunda hər iki tərəfdən 5 nəfər qrup üzvü kimi təqdim olunublar. Bu barədə cümə axşamı Trend-ə İranın İqtisadiyyat Nazirliyinin İnvestisiyalar, İqtisadi və Texnoloji Yardım Təşkilatının iqtisadi əlaqələr üzrə baş direktoru Sadiq Əkbəri bildirib.

S.Əkbəri deyib ki, 10 üzvdən 2 nəfər işçi qrupun rəhbəri, 4 nəfər isə hər iki ölkədən dövlət qurumları və özəl sektorda çalışan nümayəndələr olacaq.

Onun sözlərinə görə, işçi qrupun Azərbaycan tərəfindən rəhbəri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov, İran tərəfdən isə İranın Xarici investisiyalar ofisinin rəhbəri Əbülfəzl Kudeidir.

S.Əkbəri qeyd edib ki, İşçi Qrup imzalanmış Anlaşma Memrandomunun gündəliyini və tələblərini yerinə yetirmək üçün birgə çalışacaqlar. “Memorandumda hər iki ölkənin bir-birinə investisiya yatırması, hər iki ölkədə fəaliyyət göstərən xarici investorların problemlərinin həll olunmasına çalışılması, iki ölkədə investisiya imkanlarının qarşılıqlı təqdimatı üçün birgə sərgi və konfransların təşkili, investisiya imkanları, qaydalar, güzəştlər və qanunvericiliyə edilən dəyişikliklərin qarşılıqlı şəkildə açıqlanması, qarşılıqlı sərmayə qoyuluşunun artırılması məqsədi ilə müştərək seminarların keçirilməsi və təcrübə mübadiləsinin aparılması məsələləri qeyd edilib”.

Qeyd edək ki, ötən gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia ilə görüşüb. Görüş çərçivəsində “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İranın İnvestisiya, İqtisadiyyat və Texniki Yardım Təşkilatı (OİETAİ) arasında investisiya sahəsində əməkdaşlığa dair İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2358393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR