ANS əməkdaşının həyəcanlı anları (VİDEO)

ANS əməkdaşının həyəcanlı anları (VİDEO)
10:56 29 Yanvar 2015
337 Ölkə
Ölkə mətbuatı
A- A+

"Onların işi belə başlayır. 112 xidmətinə gələn hər bir xəbərdarlıq zəngi dərhal yerindəcə yoxlanılmalıdır". Bu sözlərinin müəllifi ANS TV-nin əməkdaşı Tünzalə Rafiqqızıdır.

ANS TV-nin əməkdaşlarının yaxından iştirak etdiyi FHN-in əməlliyatı şərti xarakter daşısa da əsl təhlükə həyəcanı ilə başladı. Anbaan izlənilən bu hadisə Binəqədi rayon ərazisində baş verir. Xilasedicilərlə hadisə yerinə çatmaq isə elə də asan olmadı.

FHN əməkdaşı Aqşin Hüseynov hadisə zamanı yola çıxanda bəzi sürücülərin onlara yol vermədiyini deyir. Bunun üçün də onlar çox vaxt səs siqnallarındam istifadə edirlər.

Baş verə biləcək bütün təhlükələri nə əvvəlcədən bilmək, nə də onlara hazır olmaq mümkün deyil. Məhz ona görə də potensial təhlükəni görmək, hiss etmək, ondan qaçmağı öyrənmək, təhlükə anında isə nə edəcəyini bilmək lazımdır. Bu isə təhlükəsizliyimizin şəxsi işimizə çevrildiyi halda mümkündür. Bu məqamda isə bizi hansı təhlükənin gözlədiyindən də xəbərsizik. Amma bütün bu əməliyyatın iştirakçısına çevrilməklə xilasedicilərin işinin nə dərcdə riskli olduğunu müşahidə edə bilmək olar.

FHN-in rəsmisi Əflatun Səlimov hadisə yerində partlayış təhlükəli əşyanın aşakarlandığını deyir. Bunun üçün Ərazilərin Minalardan Təmizlənməsi üzrə Çevik Əməliyyat Qrupu ilə birlikdə hadisə yerinə gedirlər. Əməliyyat hadisə yerində qiymətləndiriləcək və qurğu müvafiq üsullara uyğun zərərsizləşdiriləcək.

Yol boyu qrupa əməliyat üçün lazımi təlimatlar verilir. Mərkəzlə əlaqə saxlanılır. Hadisə yerinə çatdıqda əvvəlcə şübhəli obyektin yaxınlığındakı ərazidə olan bütün insanlar evakuasiya edildi. Əməliyyatda birbaşa iştirak edərək kəşfiyyata göndərilən qəhrəmanımıza, onu qoruyan xüsusi zirehli paltar geyindirildi.

Birbaşa kəşfiyyata göndərilə FHN əməkdaşı Vüqar Əliyev geyindiyi təhlükəsizlik paltarının 17 kq çəkisi olduğunu deyir. Bu paltar əməkdaşı bütün növ qəlpə və güllələrdən, partlayıcı maddələrdən qorumağa qadirdir.

Bundan sonrakı mərhələdə isə şübhəli obyekt yaxınlığında insan təması demək olar ki, minimuma endirlir. Hadisə yerinə nəinki Respublikada hətta, Qafqazda belə unikal olan Xüsusi Təyinatlı Zirehli Xilasetmə maşını gətirilir. Səyyar qərərgahı xatırladan bu sehirli maşının içindəki texnikanın azı 1 milyon manatdan çox qiyməti var. Amma insan həyatı ilə müqayisə edilə bilərmi?

Əməliyyatlar kənardan idarə edilən texnikaların gücü ilə baş verir. Avtomobildəki şübhəli əşyanı götürmək üçün isə insan qüvvəsindən deyil, sözün əsil mənasında yüksək texnologiyanın tərəqqisi sayılan bu ağıllı robotdan istifadə edildi.

Bir çox xarici ölkələrdə bu cür riskli hadisələrin qarşısını daha operativ şəkildə almaq üçün metrolarda və hava limanlarında, xüsusi zirehli adyallar, konteynerlərdən istifadə olunur. Onların vaitəsi ilə şübhəli əşyalar zərərsizləşdirilir. Və əməliyyatçılar ətrafa dəyəcək zərəri bununla minimuma endirməyə çalışırlar. Hər ehtimala qarşı əməliyyat yerinə böyük və kiçik həcimli iki konteyner də gətirildi. Lakin şübhəli əşyanın içərisindəki maddənin ətrafa verəcəyi ziyanın böyüklüyünü ehtimal edən əməliyyatçılar onu ərazidə yox poliqonda zərərsizləşdirməyi qərara aldılar.

Bir neçə saatlıq riskli xilasetmə əməliyyat müvəfəqiyyətlə başa çatır. Şəhərdən kənarlaşdırılan şübhəli əşya poliqonda partladılır.

Mənbə
ANS TV, Tünzalə Rafiqqızı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=322600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR