Tovuzda zəncirvarı qəza baş verib, yaralılar var

10:57 29 Yanvar 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində zəncirvarı qəza baş verib
APA-nın verdiyi məlumata görə, hadisə ötən axşam qeydə alınıb. Yol ilə hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Müşviq Abbasov idarəetməni itirərək maşını yolun kənarında dayanan “”Mercedes” və “Nissan” markalı avtomobillərə çırpıb. Qəza zamanı sürücü M. Abbasov və maşında olan 2 sərnişin müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. M. Abbasovun vəziyyəti ağır olduğundan Gəncədə olan tibb müəssisələrinin birinə köçürülüb. Yolun kənarında dayanan maşınlarda xəsarət alanlar olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı Tovuz rRayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR