Şəkidə gənclər üçün genişmiqyaslı təlimlər keçiriləcək

Şəkidə gənclər üçün genişmiqyaslı təlimlər keçiriləcək
10:58 29 Yanvar 2015
234 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc 
"Gəncliyin Sosial İqtisadi İnkişafına Kömək" İctimai Birliyi “Dövlət gənclər siyasəti– gənclər üçün imkanlar” adlı layihə həyata keçirəcək. Artıq layihənin icrası hazırlıq mərhələsindədir.
İctimai Birlikdən AzərTAc-a verilən məlumata görə, layihə Azərbaycanın şimal regionu olan Şəki şəhərində yaşayan, fəaliyyət göstərən və ya təhsil alan gənclərin dövlət gənclər siyasəti ilə bağlı məlumatlandırılması məqsədi ilə həyata keçirilir.
Layihə çərçivəsində region gənclərinə “Azərbaycan gəncliyi 2011- 2015- ci illərdə” Dövlət Proqramı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və xaricdə təhsil üzrə Dövlət Proqramı haqqında hazırlanmış xüsusi vəsaitlər, təqdimatlar təlimlər vasitəsilə çatdırılacaq, onların bu proqramdan bəhrələnmələri üçün mümkün yollar göstəriləcəkdir.
Təlimlər zamanı region gənclərinin qarşılaşdıqları problemlər və onlardan çıxış yolları ilə bağlı diskussiyalar təşkil olunacaqdır.
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_gencler_uchun_genismiqyasli_telimler_kechirilecek-828235

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR