x
Loading...

“Azəraqrartikinti” ASC-nin filial direktoru barəsində cinayət işi başlanıb

11:02 29 Yanvar 2015
483 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 10:59 ]

Bakı. Hafiz Heydərov - APA. “Azəraqrartikinti” ASC-nin filial direktoru barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, “Azəraqrartikinti” ASC-nin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

 

Araşdırmalar zamanı qeyd olunan ASC-nin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, tanışı Akif Abbasov və digərləri vasitəsilə saxta sənədlər tərtib etməklə cəmiyyətə məxsus “Qonaq evi”nin 47.6 kvadrat metr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR