Play Store

"Expressbank" keçirdiyi aksiyanın qaliblərini müəyyənləşdirib - FOTO

"Expressbank" keçirdiyi aksiyanın qaliblərini müəyyənləşdirib - FOTO
11:02 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 10:56 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Expressbank"ın "Zolotaya Korona" aksiyasının yanvar ayı üzrə qalibləri müəyyən olunub.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Əcəmi və Sumqayıt filiallarının müştəriləri müvafiq olaraq, planşet və smartfon qazanıblar.

 

Aksiyanın şərtlərinə görə “Expressbank” filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 manat olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər. Aksiya fevralın 28-dək davam edəcək.

 

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin “Pul Kart” bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

 

Qeyd edək ki, pul köçürmə xidmətlərini “Expressbank”ın filiallarında həyata keçirmək mümkündür. Bank “Western Union”, “Zolotaya Korona”, “Contact”, “Lider”, “Caspian Money Transfer” və “Monex” sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

 

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS-terminal və 160-dək “ExpressPay” ödəniş terminalı vardır.

 

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 məlumat mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi Facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR