Bakıda 3D printerlər təqdim olunacaq

Bakıda 3D printerlər təqdim olunacaq
11:03 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Fevralın 12-də Bakıda ilk dəfə keçiriləcək “3D Print” konfransı çərçivəsində 3D çap texnologiyaları təqdim olunacaq.
Bu barədə AzərTAc-a konfransın təşkilatçısı olan “Smile Expo” şirkətindən məlumat verilib.
Konfransda Azərbaycan, Rusiya, Türkiyə, Avropa ölkələri və ABŞ-dan olan iştirakçılar müxtəlif 3D çap texnikasını nümayiş etdirəcək, onların məişətdə və istehsalatda tətbiqi haqqında məlumat verəcək, ustad dərsləri keçəcəklər. Hazırda 3D printerlərin tətbiq sahələrinə memarlıq, incəsənət, zərgərlik, tibb, kinosənət, təhsil, nəqliyyat, qida sənayesi və digər sahələr daxildir.
Tədbirdə təşkil olunacaq xüsusi ərazidə (demozona) printerlərin işləmə yolları nümayiş olunacaq. Azərbaycan, Rusiya, Türkiyə, ABŞ-dan olan çıxışçılar 3D texnologiyaların tətbiqi sahələri, bu yolla biznesin inkişafı haqqında danışacaqlar.
Konfransda Bakı şəhərinin maketi çap olunacaq. Çapın gedişatını və son nəticəni konfrans iştirakçıları izləyə biləcəklər.
Azərbaycan, rus və ingilis dillərində keçiriləcək konfransda 3D printerləri hər kəs görə bilər. Bunun üçün http://3dprint.az saytında qeydiyyatdan keçmək lazımdır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_3D_printerler_teqdim_olunacaq-828238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR