Gümrüdəki atışmanın Ermənistanı biabır edəcək versiyası

Gümrüdəki atışmanın Ermənistanı biabır edəcək versiyası
11:05 29 Yanvar 2015
340 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvar ayının 12-də Gümrüdə Rusiya hərbi bazasının əsgəri Permyakovun bir ailəni qətlə yetirməsi ilə nəticələnən faciəvi hadisənin hələ də yeni təfərrüatları ortaya çıxır.

Bu məlumatlar rəsmi mənbələrdən, yəni istintaqdan deyil, sosial şəbəkələrdən və erməni KİV-lərindən gəlir. Tərəflərdən heç birinin təsdiqi olmadan bunlar çox böyük ehtimalla şayiə də ola bilər. Məlum məsələdir.

Qatilin öldürülmüş ailənin üzvlərindən biri ilə tanış olması xəbəri hadisədən sonra yayıldı və dərhal da təkzib edildi. Fərari əsgərin mərhum Avetisyan ailəsinin üzvlərindən biri ilə əlaqədə olması bir qədər vəhşilik kimi görünürdü. Və bu səbəbdən də erməni tərəfi versiyanı qəzəbli bir şəkildə təkzib etdi. Ləyaqətli erməni ailəsi və birdən-birə hansısa anlaşılmaz Permyakov...

Ancaq bu günlərdə sosial şəbəkələrdə bu versiyanın modifikasiya olunmuş və dəqiqləşdirilmiş variantı yayıldı. Mərhumlar haqda xoş və ya pis olmasından asılı olmayaraq, bu versiyanı diqqətdən kənarda saxlamaq mümkün deyil.

Şayiələrə görə (və ya yerli əhalinin sözlərinə görə), qətlə yetirliən ailə narkotik maddə becərirdi və buna görə şəhərdə onları yaxşı tanıyırdılar. Permyakov iddia edir ki, evə su içmək üçün girmişdi. Yerli sakinlər isə deyirlər ki, yerli jarqonda "su içmək" narkotik üçün müraciət anlamına gəlir. Bu məsələ Avetisyan ailəsinin qonşularına da yaxşı məlum idi.

Faciənin erməni tərəfinin göstərmək istədiyindən daha dərin sosial kökləri ola bilər. Ermənistanda böyüklüyünə görə ikinci şəhər olan Gümrü ölkənin ən kasıb Şirak bölgəsinin mərkəzidir. KİV-in də məlumatlarına görə, yaranmış vəziyyətə görə, Gümrüdə, demək olar ki, əhali qalmayıb. Yerli bloqerlər yazırlar ki, Gümrünün 250 min əhalisindən yalnız 60 mini qalıbsa, bu artıq yaxşıdır. Bundan başqa, xilas olmağa nail olan gümrülülər xaricdən qayıdaraq doğmalarının qəbirlərini eksqumasiya edib özləri ilə aparırlar ki, bir də geri qayıtmasınlar. Bütün səviyyələrdə kriminalın inkişafı üçün münbit şərait yaradılıb. Məlum olduğu kimi, sərt sosial problemlərin məngənəsində sıxılan əhali reallıqdan uzaqlaşmaq üçün "alternativ yollar" axtarır. Hazırkı vəziyyətdə isə bu yol narkotikdən keçir.

İstisna olunmur ki, Permyakov bilirdi, şəhərdə narkotiki haradan almaq olar. Orada belə şeylər sirr deyil və hətta hüquq mühafizə orqanlarının əməkdaşları da bunu bilirlər. O da istisna edilmir ki, Gümrüdə narkotik ticarəti elə polisin "qoltuğunun altında" reallaşır. Yeri gəlmişkən, polis qatil Permyakovu axtarmaqda elə də maraqlı deyildi. (Maraqlıdır, görəsən niyə?) Nəticədə o, rusiyalı sərhədçilər tərəfindən tutuldu. Erməni KİV-i hələ də bu barədə düşünmür və suallarına cavab tapa bilmir.

Çox güman ki, erməni hüquq-mühafizə orqanları qatilin tapılmasında elə də maraqlı deyildilər. Bu qanlı əhvalat özünün ardınca həddən artıq ilməni dartıb sökə bilər. Elə bu səbəbdən də məişət səviyyəsində olan faciəni milli səviyyəyə qaldırdılar. Nəticədə xarici ölkələrdə adekvat insanlar Ermənistan səfirliklərinə gül gətirdilər, prezidentlər başsağlığı verdilər. Belə şeyləri Ermənistanda yaxşı bacarırlar. Onların belə peşəkarlıqlarına şübhə yoxdur. Belə ustalıqda adi qətli dünya səviyyəsində müzakirə olunan məsələyə yalnız onlar çevirə bildilər. Alqışlar... Maraqlıdır, əgər qətlə yetirilmiş ailənin doğrudan da narkotik ticarəti ilə məşğul olduğu, "lomkada" olan narkomana "ot" verməkdən imtina etdikləri üçün öldürüldükləri sübuta yetirilərsə, bütün bunlar necə görünəcək kənardan?

Beləliklə, ümumerməni səyyar sirkinə - balaqana çevrilmiş bütün etiraz aksiyalarına baxmayaraq, məsələ erməni tərəfinin göstərmək istədiyi kimi birmənalı olmaya da bilər.

Day.Az saytının icmalçısı Zülfüqar İbrahimov
Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR