x
Loading...

Ötən il Azərbaycanda əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 20 mindən artıq hüquq pozuntusu aşkarlanıb

11:07 29 Yanvar 2015
127 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 11:04 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. 2014-cü il ərzində əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 20 min 417 hüquq pozuntusu aşkar edilib.

 

APA-nın məlumatına görə, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanıda Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Təhlükəsiz iş” ongünlüyü çərçivəsində seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə deyib.

 

F.Əlizadə bildirib ki, bu hüquq pozuntularının 10,3%-i məhz əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub: "Belə hallara görə işəgötürənlərə qanunvericilik əsasında cəza tədbirləri tətbiq olunur. Lakin bu sahədə institusional tədbirlərə üstünlük verilir. Məsələn, bir çox təşkilatlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislərin bilik səviyyəsinin qənaətbəxş olmadığı nəzərə alınaraq, nazirlik tərəfindən həmin mütəxəssislər üçün ötən ilin noyabr ayından ölkədə ilk dəfə olaraq əməyin mühafizəsi üzrə tədris kurslarının təşkilinə başlanıb. İndiyədək həmin kurslara 119 nəfər cəlb edilib, kursu bitirmiş 101 nəfərə müvafiq sertifikat verilib, digərləri isə hələ təlim keçməkdədir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR