XİN: Türkiyə, Azərbaycan və Türkmənistan əhəmiyyətli enerji layihələrini müzakirə edəcəklər

XİN: Türkiyə, Azərbaycan və Türkmənistan əhəmiyyətli enerji layihələrini müzakirə edəcəklər
11:08 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycan, Türkiyə və Türkmənistan təkcə region üçün deyil, eləcə də Avropa üçün əhəmiyyətli olan enerji layihələrini müzakirə edəcəklər. Trend cümə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, bununla əlaqədar Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin bugünkü görüşü mühümdür.

Çavuşoğlu qeyd edib ki, bundan əlavə, üç ölkənin birgə fəaliyyət göstərməsi də mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 29-da Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2358390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR