Nazirdən pul istədilər - RAYONDA

Nazirdən pul istədilər - RAYONDA
16:54 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Kənd təsərrüfatı naziri Heydər Əsədov İsmayıllıda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ və Abşeron  rayonlarından olan bir qrup sakini qəbul edib. Nazirliyin  müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 40 nəfər vətəndaşın müraciətinə baxılıb.

Qəbulda əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsi, subartezian quyularının vurulması, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və sair barədə müraciətlər olunub.

Bir çox müraciətlər yerində həllini tapıb. Araşdırılma tələb edən bəzi məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR