Play Store

"Hansısa şirkətin rəhbəri əməkdaşı olan qızı sevirsə, şirkəti o yox, qız idarə edir"

"Hansısa şirkətin rəhbəri əməkdaşı olan qızı sevirsə, şirkəti o yox, qız idarə edir"
11:17 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Emin Musəvi həm də prodakşn rəhbəri kimi fəaliyyət göstərir.
Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Emin iş prosesində rəhbər və işçi münasibətlərinə toxunub.

"İlk çalışdığım televiziya ANS, daha sonra isə Azad Azərbaycan olub.

O vaxt radioda çalışanda iki radiostansiya vardı. Çox həyəcanlı idik. Maaş haqqında yox, daha çox yenilik etmək barədə düşünürdük.

İş sahəsində öhdəlik yalnız rəhbərliyin deyil, bütün komandanın üzərinə düşməlidir.

Əməkdaş sağlam şəkildə rəhbərlə ünsiyyət qurmağı bacarmalıdır. Rəhbəri hər dəqiqə tərif yağışına tutmaq, ona dahilik statusu vermək lazım deyil. Onda proqres olmayacaq.

Bu gün danılmaz faktdır ki, hansısa  şirkətin rəhbəri əməkdaşı olan qızı sevirsə, şirkəti o yox, qız idarə edir. Yaxşı olar ki, belə şeylərə yol verilməsin.
 
Bir çox vəzifəli şəxslər var ki, avtomobili, sürücüsü ilə daha da xarizmatik görüntü yarada bilirlər. Birdən vəzifə itəndə adaptasiya da çətin olur. İnsan gərək elə münasibət yaratsın ki, sabah bütün var olduqlarını itirəndə başı aşağı gəzməyəsən. “Hanı mənim o günlərim?” deməyəsən”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/321565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR