MSK 5 bələdiyyə üzrə seçki məntəqələrində səslərin təkrar sayılmasına qərar verib

17:02 27 Dekabr 2014
67 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 17:00 ]

 

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb.


APA-nın məlumatına görə, iclasda 65 saylı Kürdəmir Seçki Dairəsində Bəlyik bələdiyyəsi üzrə seçki məntəqələrində, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsində Təklə bələdiyyəsində 23, 24 və 26 saylı seçki məntəqələrində, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsində Dünyamalılar bələdiyyəsi üzrə 39 və 40 saylı məntəqələrdə namizədlərin iddia etdikləri qanun pozuntuları ilə bağlı müraciətlərinin baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərarlar qəbul edilib.


MSK 57 saylı Seçki Dairəsində Çöhranlı bələdiyyəsi üzrə 12 saylı seçki məntəqəsində, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsində Minbaşı bələdiyyəsi üzrə seçki məntəqələrində, 79 saylı İmişli Seçki Dairəsində İmişli bələdiyyəsində 6 saylı seçki məntəqəsində, 92 saylı Zərdab-Ucar Seçki Dairəsində Bıçaqçı bələdiyyəsi üzrə seçki məntəqələrində, 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsində Cığatelli bələdiyyəsi üzrə 47 saylı seçki məntəqəsində səslərin təkrar hesablanması barədə qərar verib. Namizədlərin şikayətlərindəki digər məqamların isə müvafiq DSK-larda araşdırılması zəruri sayılıb.


MSK 51 saylı Qusar Seçki Dairəsində Urva bələdiyyəsi üzrə 47 və 48 saylı seçki məntəqələrində seçki pozuntusunun araşdırılması barədə namizədin müraciətini sonradan geri götürməsi ilə bağlı bu müraciəti baxılmamış saxlayıb.

 

82 saylı Ağcabədi Seçki Dairəsində Təzəkənd bələdiyyəsi üzrə qeydə alınmış namizəd Aynurə Muxtarovanın Belarus vətəndaşı olması və buna görə də seçkidə qanunsuz iştirak etməsi ilə bağlı bu kənd sakinlərindən birinin müraciətini isə əsassız sayılıb. MSK-nın ekspert qrupu araşdırma zamanı A.Muxtarovanın Azərbaycan vətəndaşı olduğunu müəyyən edib. MSK sədri Məzahir Pənahov namizədin bələdiyyə seçkilərindən öncə müvafiq arayış təqdim etdiyini xatırladıb və bu müraciətə baxılmağa, ümumiyyətlə, ehtiyac olmadığın söyləyib.

 

Səsvermə günü həmin bələdiyyə üzrə seçki məntəqəsində seçki günü saat 21:00-da 20 polis tərəfindən bülletenlərin qanunsuz aparılması barədə müraciətin isə baxılması üçün müvafiq DSK-ya göndərilməsi barədə qərar verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR