"Unibank" gömrükçülərə komissiyasız kredit təklif edir - FOTO

"Unibank" gömrükçülərə komissiyasız kredit təklif edir - FOTO
11:32 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 11:28 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank “ Dövlət  Gömrük Komitəsi əməkdaşlarının  30 yanvar - peşə bayramı münasibəti ilə 0% komissiyasız  kampaniya keçirir. 

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, gömrük əməkdaşları  yanvarın 30-dan fevralın 7-dək “Unibank” filiallarına müraciət edərək, 10 min manatadək komissiyasız kredit  götürə biləcəklər.

 

Qeyd edək ki, artıq siz iş yerinizdən arayış gətirmədən də “Unibank” filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumat hesablama mərkəzi arasında imzalanan müqaviləyə əsasən, “Unibank” “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

 

“Unibank” dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən “İlin bankı” seçilib. “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR